Azərbaycanın Kanadadakı səfirliyinin sponsorluğu ilə Yaponiyada baş vermiş faciədən zərərçəkənlərə yardım məqsədilə xeyriyyə konserti keçirilib

Azərbaycanın Kanadadakı səfirliyinin sponsorluğu ilə Yaponiyada baş vermiş faciədən zərərçəkənlərə yardım məqsədilə xeyriyyə konserti keçirilib

Kanadanın Ottava şəhərində Yaponiyada baş vermiş zəlzələ və sunamidən zərər çəkmiş insanlara yardım məqsədilə xeyriyyə konserti təşkil edilib. Azərbaycan Respublikasının Kanadadakı Səfirliyindən SİA-ya verilən məlumata görə, konsert Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin və Ottava Xalq Musiqi Festivalının birgə sponsorluğu ilə keçirilib. Konsertdə Kanada və Yaponiya musiqiçiləri çıxış ediblər. Həmçinin, Ottava və Qatino şəhərlərinin merləri də konsertdə iştirak ediblər.

 

Konsertdə iştirak edən Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev yerli "Rogers" telekanalına müsahibə verib. Telekanalın qeyd olunan konsertdə səfirliyin iştirakı ilə bağlı sualını cavablandıran səfir bu kimi faciələrdə ölkələrin tək yox, bütün beynəlxalq ictimaiyyətin bir-birinə köməklik göstərməsinin vacibliyini qeyd edərək ölkəmizin Yaponiyaya 1 milyon ABŞ dolları həcmində yardım etdiyini diqqətə çatdırıb.

 

Eyni zamanda, müsahibə çərçivəsində səfir 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində ölkəmizdə 1 milyon qaçqının yardıma ehtiyac duyduğu və ümumən humanitar böhran zamanı bir sıra dövlətlərin, o cümlədən Yaponiyanın Azərbaycana yardım etdiyini vurğulayıb. Münaqişənin hələ də öz həllini tapmadığını söyləyən səfir Azərbaycanın Yaponiyaya bu formada öz təşəkkürünü bildirdiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə