"Bəşəriyyət gez-tez bu bəlaya qarşı mübarizə yollarını tapacaq" ÖZƏL-MÜNASİBƏT

"Bəşəriyyət gez-tez bu bəlaya qarşı mübarizə yollarını tapacaq" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə koronovirus artıq xəstəlikdən pandemiyaya keçib. Bu o deməkdir ki, xəstəlik kütləvi bir xarakter alır. Bunun qarşısını ancaq çox ciddi tədbirlərlə almaq olur". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, hələ indiyədək nə onun peyvəndini, nə də qısa zamanda müalicəsi üçün dərmanlar tapıla bilmir: "Bu baxımdan administrativ metodlardan istifadə etmək lazım gəlir. İlk növbədə koronovirusun ciddi yayıldığı ölkələrlə sərhədlərin bağlanılması, digər tərəfdən koronovirusa yoluxan insanların müəyyən edilərək onun müalicəsinin aparılması istiqamətində Azərbaycanda bu yolların hamısından istifadə edilir. Heç təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın apardığı mübarizə metodlarını çox bəyənir. Bu səbəbdən Azərbaycanda ciddi yoluxma yoxdur. Ancaq bununla belə ciddi yoluxmanın və bunun kütləvi hal almasının qarşısının alınması üçün əlavə tədbirlər görülməsinə ehtiyac yarandı. İlk növbədə kütləvi insanların yığıldığı tədbirlərin qadağan edilməsi, bura şübhəsiz ki, toyların, yas mərasimlərinin keçirilməsi də daxildir. İnsanlar başa düşməlidirlər ki, özləri də bilmədən ya daşıyıcı ola bilərlər və yaxud da həmin xəstəliyə yoluxa bilərlər. Çünki adi əllərimizdə insanların xeyir və şərlərində kütləvi surətdə istifadə edilmə var. Həmçinin kütləvi tədbirlərin keçirilməsi də məqsədəuyğun sayılmadı.

Azərbaycan xalqı üçün Novruz bayramı qədər qiymətli və müqəddəs bir bayram yoxdur. Amma bununla belə Novruz tədbirlərinin də kütləvi keçirilməsi bu il nəzərdə tutulmadı. Məktəblərdə və ali təshil ocaqlarında tədrisin dayandırılması da bu qəbildən olan məsələlərdir. Ötən gün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları mən çox düzgün və günün tələblərinə cavab verən qərarlar hesab edirəm. Cəmiyyətin əksər hissəsi bu qərarları anlaşıqlı qəbul etdi. Hesab edirəm ki, bu cür addımlar əlbəttə ki, koronovirusun Azərbaycanda kütləvi yayılmasının qarşısını ala bilər. Həmçinin bir ara tibbi maskalarla bağlı problemin yaranması dövlət başçısı səviyyəsində məsələyə reaksiya verilməsinə səbəb oldu. İnsanlar hər gün bu məsələ ilə bağlı məlumatlandırılırlar, Azərbaycanda görülən işlər barəsində informasiya əldə edirlər. Koronovirusa yoluxan insanların karantində saxlanılması ilə bağlı məlumatlar gizlədilmir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan vətəndaşı özünü təhlükəsiz hiss edə bilir. Bununla belə hər bir kəs fərdi qaydada koronovirusa yolxuma qaydalarına riayət etməlidir. Gigiyenik qaydalara riayət edilməsi, əllərin tez-tez yuyulması, kütləvi insanların toplaşdığı yerdən bir qədər kənardan durulması və s. bunlara əməl edilməlidir. Hesab edirəm ki, bəşəriyyət gez-tez bu bəlaya qarşı bir mübarizə yollarını tapacaqdır. Ancaq ona qədər hələki səmərəli olan qaydalara riayət etmək çox vacib məsələdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə