Ərdoğanın xarici səfərləri təxirə salındı

Ərdoğanın xarici səfərləri təxirə salındı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün xarici səfərlərini koronavirusa görə təxirə salıb. SİA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat katibi İbrahim Kalın açıqlayıb. O bildirib ki, dövlət başçısının sağlamlığının qorunması məqsədilə əl sıxışmaları ləğv edilib, termovizordan itifadə olunur.

Qeyd edək ki, ilk dəfə koronavirus infeksiyası 2019-cu ilin dekabrın Çində qeydə alınıb. Artıq 100 ölkədə 120 mindən çox insan koronavirusa yoluxub, 4 min insan dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə