Mehriban Əliyeva İSESKO-nun baş direktoru ilə görüşüb

Mehriban Əliyeva İSESKO-nun baş direktoru ilə görüşüb

Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.

SİA-nın xəbərinə görə, Mehriban Əliyeva İSESKO-nun baş direktorunu yenidən Bakıda görməkdən məmnun olduğunu bildirib, forumda iştirakına görə minnətdarlığını ifadə edib.

Yüksək səviyyədə keçirilən Bakı Forumunda maraqlı fikirlərin səsləndiyini, səmimi və səmərəli dialoqların aparıldığını qeyd edən Əbdüləziz bin Osman əl-Tüveycri mədəniyyətlərarası dialoqun vacibliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə