“Hakimiyyət dairələrində müzakirə aparılıb ki, Konstitusiya referendumunda uğursuzluq olarsa, bu siyasi komanda üçün heç də yaxşı nəticələnməyəcək – hökumətin tərkibinin dəyişilməsindən başlayaraq, deputat mandatlarının təhvilinə qədər hər şey baş verə bilər”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşrinə hakimiyyətə yaxın olan mənbə danışıb. Onun sözlərinə görə, artıq ölçü müəyyənləşdirilib. Belə ki, əgər hakimiyyət 500 min səs toplamağı bacarmayacaqsa, bu zaman ağır nəticələri öz dərilərində hiss edəcəklər.
“Əgər 650 min və artıq səs toplasalar necə olacaq?” sualına isə hakimiyyətə yaxın mənbə ironik cavab verib ki, “insanları yeməyə başlayacağıq”. Lakin sonradan bildirib ki, hakimiyyətə müxaliflik edən, hökuməti tənqid atəşinə tutan siyasi xadimlərə və digər şəxslərə qarşı amansız fəaliyyətə başlanılacaq, xüsusilə radikal ölçülər görüləcək.
“Hraparak”ın növbəti – “Axı referendumun iflasa uğramaması üçün fəal təbliğat da görünmür?” sualını cavablandıran hakimiyyətyönlü mənbə cavab verib: “Bir-iki gün görüşlər keçirib deyəcəyik ki, əgər “Hə” blokunun qazanmasını istəmirsinizsə, bu zaman əvvəlki hakimiyyətin geri qayıtmasına hazır olub, onda insanlar qorxularından dəhşətə gələrək, “Hə” blokuna səs verməyə qaçacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB