Parlament seçkiləri keçiriləcək Suriyada

Parlament seçkiləri keçiriləcək Suriyada

Suriya prezidenti Bəşər Əsəd aprelin 13-də ölkəsində parlament seçkiləri təyin edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Suriya liderinin mətbuat xidməti açıqlayıb.

“Suriya parlamentinə seçkilərin keçirilməsi 2020-ci il aprelin 13-ü bazar ertəsi gününə təyin edilib”, - deyə məlumatda bildirilir.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Suriyada son parlament seçkiləri 2016-cı ildə keçirilib. Seçkilərdə fəallıq 57,56 faiz olub. 250 mandat uğrunda 3,5 min namizəd mübarizə aparıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə