“Bəxtiyar Hacıyevin addımlarını özünün iddiaları müəyyənləşdirir” RƏY-ÖZƏL

“Bəxtiyar Hacıyevin addımlarını özünün iddiaları müəyyənləşdirir” RƏY-ÖZƏL

"Bunların arxasında xarici maraqlı qüvvələrin dayandığını ehtimal etmək olar". Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, MSK-nın qərarından sonra müxalif şəxslərin cəhdlərinin arxasında şərti olaraq üç qüvvə dayana bilər: "Birincisi, nəticələrlə barışmayan şəxslərin özlərinin siyasi ambisiyalar rol oynayır. İkincisi, bəziləri müəyyən radikal dairələrin təsiri altındadırlar və o radikal dairələrə bağlıdırlar. Aydın məsələdir ki, siyasətdə atdıqları addımları onlarla birlikdə koordinasiya edirlər. Üçüncüsü, həmin narazı şəxslərin bəzilərinin müəyyən beynəlxalq təşkilatlara bağlı olduqları ehtimallardan biridir, mən buna şübhə etmirəm, çünki şəxsi fəaliyyətlərinin indiyə qədər ki, mərhələlərində onlar həmin dairələrə bağlı olublar. Ancaq artıq seçkinin nəticələrinin dəyərləndirilməsi ilə bağlı qanuni mərhələlər keçib. Konstitusiya Məhkəməsi qalır yəqin ki, Konstitusiya Məhkəməsindən sonra da nəticələrlə barışmayanlar növbəti etablara müraciət edəcəklər. Amma bütün hallarda seçkinin nəticələrinin şikayətlər əsasında dəyişməsi prespektivi artıq yoxdur. Bəxtiyar Hacıyevin konkret olaraq müəyyən siyasi partiyalara, siyasi təşkilatlara ideoloji olaraq bağlılığı ilə əlaqədar əlimdə bir məlumat yoxdur və bildiyim qədər o partiyalarla bağlı deyil. Onun seçki sonrakı addımlarını yəqin ki, daha çox özünün iddiaları və ambisiyaları müəyyənləşdirir. Amma əlbəttə ki, istisina etmirəm ki, elə seçkinin nəticələrini qəbul etməyən və bu nəticələrə qarşı mübarizə aparan belə namizədlərlə radikal dairələrdə maraqlananlar var. Ola bilər ki, müəyyən əlaqələri və münasibətləri də var. Yəni radikal dairələrlə keçmiş namizədlərin fəaliyyəti arasında müəyyən koordinasiyanın olduğunu istisina etmirəm".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə