Ermənistan koronavirusla mübarizəyə hazır deyil ANALİZ

Ermənistan koronavirusla mübarizəyə hazır deyil ANALİZ

İşğalçı Ermənistanın mətbuat səhifələri erməni cəmiyyətinin ilk dəfə Çində qeydə alınan koronavirusla bağlı narahatığını gizlətmir. Ölkənin media orqanları Paşinyan hakimiyyətinin bu xəstəliklə mübarizəyə hazır olmadığını vurğulayır. Təbii ki, səfalət içırisində olan, vətəndaşları acınacaqlı vəziyyətdə yaşayan bir ölkə üçün əlavə hansısa virusla mübarizəsinin mümkünsüzlüyü ölkə mətbuatının diqqətindən yayına bilməz bu baxımdan həyacan təbili çalmaları da başadüşüləndir.
Ermənistana məxsus "Qraparak" qəzeti bu ölkənin Səhiyyə Nazirliyinin bir işçisinin koronavirusla mübarizə barədə fikirlərini dərc edib.
“Səlahiyyətlilər, Ermənistan hakimiyyəti koronavirusa qarşı mübarizəyə tamamilə hazır deyillər. Məsələ təkcə İrandan gələn vətəndaşlar üçün qoruyucu maskalar, qrip peyvəndi və ya karantində deyil. Ermənistanda hətta əməliyyat qərargahı da yaradılmayıb. Bu problem yalnız səhiyyə sektoruna deyil, həm də iqtisadi və müdafiə sektorlarına, xüsusən də orduya aiddir. Hərbi heyətin ziyarətinə qadağa tətbiq olunduğu aydındır, ancaq koronavirus infeksiyası hava damlaları ilə ötürülür, zabit və şəxsi heyəti qorumaq üçün nə edilir? Bütün normal ölkələrdə, ciddi şəkildə əməliyyat qərargahı hazırlanır”, deyə işğalçı ölkənin Səhiyyə Nazirliyinin əməkdaşı bildirir.
Məsələ burasındadır ki, nazirliyin əməkdaşının ordu ilə bağlı təlaşı daha çox diqqəti cəlb edir. O, Ermənistan ordusu üçün belə bir vəziyyətin nə demək olduğunu çox böyük qorxu ilə vurğulayır. Bunu başa düşmək əlbəttə çətin deyil və işğalçılıq siyasəti yürüdən, daim hücumla qarşılaşmaq təhlükəsi ilə yaşayan, eləcə də hansıssa xəstəliklə mübarizə tədbirlərinin öhdəsindən gəlmək iqtidarında olmayan bir ölkənin ordusunda olan virusun ümumilikdə bu ölkə üçün nə demək olduğunun indi bütün ermənilər fərqindədirlər.
Sözsüz ki, xəstəliklərlə mübarizə tədbirləri tələb olunduğu ilə yanaşı, bu tədbirlər üçün vəsaitlər də tələb olunur. Sual oluna bilər ki, Ermənistan hansı imkanlar hesabına bu mübarizəyə başlaya bilər? Bu mübarizənin aparılması üçün dərman preparatları hansı vəsaitlərlə alınacaq? Axı Ermənistanın belə zəruri tədbirlər görməsi, hansısa mübarizəni reallaşdırması üçün ehtiyat fonduna, bir sözlə imkanlara malik deyil. İyanələr hesabına mövcudluğunu qoruyan bir ölkənin hesabında mübarizə tədbirləri üçün nəzərdə tutulan bir quruş belə yoxdur. Əgər bu vaxta qədər ermənilər hərbi sahəyə xərclərin haradansa tapıldığına arxalanaraq ümid edirdilərsə, indi dərk edirlər ki, “Böyük Ermənistan” iddiasında olan lobbi xəstəliklə mübarizəni də öz öhdəsinə götürməyib axı. Hardasa erməni lobbisini də başa düşmək olar və təbii ki, bir ölkənin baş naziri, prezidenti, ən azından həmin ölkənin özü belə mövcuddursa, axı bütün ağırlıq niyə lobbinin üzərinə düşməlidir? Səlahiyyətlilər, hakimiyyət və dövlət nə üçündür? Vətəndaşın təhlükəsizlik, sağlamlıq qarantı deyilmi? Yoxsa Paşinyan buna görə də erməni lobbisinə arxalanmaq niyyətindədir? Əgər elədirsə, o bərk yanılır. Ona görə ki, bu onun və ələ keçirdiyi kürsünün vəzifələrinə, öhdəliklərinə aiddir.
İşin nə yerdə olduğunu hamıdan yaxşı erməni cəmiyyətinin özü dərk edir və bu cəmiyyət özü-özünün hansı durumda olduğunu, virusun onları hansı hala salacağını çox gözəl başa düşür. Təşviş də elə bu səbəbdəndir və koronavirusun bu işğalçı ölkənin mətbuat səhifələrinin gündəmindən düşməməsinin də səbəbi elə budur. İndi mübarizə tədbirləri üçün yaradılmalı olan qərargahın olmaması da daha ciddi şəkildə erməniləri narahat edir və bu bədbətlər bu barədə üz tutduqları səlahiyyətlilərdən belə normal cavab ala bilmirlər ki, zərrə qədər təskinlik də olsa tapa bilsinlər. Sözügedən nəşrin müxbirinin əməliyyat qərargahının yaradıldığına dair sualına Ermənistanın səhiyyə naziri Arsen Torosyan çox mücərrəd bir cavab verib, hansı ki, bu cavab əslində “yox” cavabı ilə eynidir.
"Operativ qərargah deyə sual verdikdə siz nə demək istəyirsiz? Siz belə bir qərargah deməklə bina, yoxsa hansısa otaq nəzərdə tutursunuz?”, deyə səhiyyə naziri cavab verib.
Bu, səhiyyə nazirinin verəcəyi, yaxud verməli olduğu cavab deyil. Yaxud, əgər nazir suala sualla cavab verərək, siz bina, yoxsa otaq nəzərdə tutursunuz deyirsə, deməli, bu səlahiyyətli özü də heç bir iş görülmədiyini, ölkənin hazırlıqsız olduğunu təsdiqləyir. “Bina yoxsa otaq” deyən nazir etiraf edir ki, qərargah dedikdə nəyin nəzərdə tutulmasından belə xəbərsizdir. Bu isə o deməkdir ki, heç bir iş görülməyib və ölkə hakimiyyəti xəstəliklə mübarizəyə tamamilə hazırlıqsızdır. Əks halda, yəni həmin səlahiyyətli bu vaxta qədər qərargahla məşğul olsaydı ən azından belə bir gülünc sual verməzdi.
Xatırladaq ki, Ermənistanın səhiyyə naziri sözügedən nəşrin müxbirinin ona ünvanladığı suala cavabında, Ermənistan üçün qərargahın nə olduğunu izah etməsi də məsələnin nə yerdə olduğunu anlamağa kifayət edir.
“Qərargah, hər gün xidmətimizə toplaşan və nə edilməli olduğuna qərar verən fəal insanlardır”, deməklə, səhiyyə naziri Arsen Torosyan özünü, təmsil və rəhbərlik etdiyi nazirliyi və ümumilikdə Ermənistan hakimiyyətini gülünc vəziyyətə qoyur. Görəsən, bu boyda nazirliyin bu yekəlikdə naziri hansı ağılla bunu söyləyir? Bəlkə bu “ağıllı” vəziyyətdən tamamilə xəbərsiz və məlumatsızdır? Yaxud bu nazir adam bilmirmi ki, Çində virusla, xəstəliklə mübarizə üçün əyalətlərdə olan sanitar evləri də sökülüb daşınaraq dərhal xəstəxanalar quruldu? Bu qurulan xəstəxanalarda lazımi şəraitin, iş rejiminin təşkil edildiyindən də xəbərsiz imiş ki, səhiyyə naziri. Bunun nəinki ermənilər, heç dünyadan da xəbəri yox imiş.
Sadalananlar həqiqətən onu təsdiq edir ki, nə Arsen Torosyan adlı səhiyyə naziri, nə Ermənistanın Səhiyyə Nazirliyi, nə də Paşinyan və onun komandası, ümumilikdə, Ermənistan hakimiyyəti koronavirusla mübarizəyə hazır deyil. Bəlkə də bu virus onların sonuna verilən hökmdür. Onsuz da alimlər təsdiq ediblər ki, koronavirus peyda olduqdan sonra atmosfer tullantılardan, zir-zibillərdən xeyli təmizlənib. Ola bilsin koronavirus Qafqazda da öz işini görəcək və bu ərazilərin ermənilərdən təmizlənməsi baxımdan bu dəfə tarixçilərin diqqətini cəlb edəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə