Avropa Birliyi tərəfindən qaçqınlara yardım etmək məqsədilə ayrılan milyard dollar Türkiyə hökuməti üçün yetərli deyil. SİA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, məhz bu səbəbdən də Ankara Avropa Birliyi tərəfindən ayrılan maliyyədən imtina edib. Türkiyə rəhbəri AB-nin 2016-cı il sazişini tam icra etmədiyini qeyd edib.
Ərdoğan vurğulayıb ki, tək Türkiyə qaçqınlara yardım etmək üçün 40 milyard dollar xərcləyib və əlavə vəsait tapmağa da qadirdir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB