Erməni deputatdan Paşinyana – BÖHTAN ATMAYIN

Ermənistanın “İşıqlı Ermənistan” fraksiyasının parlamentdəki təmsilçisi, deputat Ani Simonyan Nikol Paşinyanın hökumətin iclası zamanı “bu gün müxalifətçiliklə məşğul oplmaq gəlirli işə çevrilib” ifadələrinə sosial şəbəkə vasitəsi ilə cavab verib. SİA "aysor.am"a istinadən yazır ki, erməni deputatı baş naziri qarşı düşərgəyə böhtan atmaqda suçlayıb.

O yazıb: “Hörmətli cənab baş nazir, sizə qarşı müxalifətçilik mövqeyi sərgiləyərək, müqavimət göstərən insanların fəaliyyətlərini gəlirli iş adlandırarkən, unutmamalısınız ki, siz də hakimiyyətə yiyələnə qədər, müxalifətçi olaraq uzun yol keçmisiniz. İkincisi isə, demokratiya intitutu olan müxalifətçilik fəaliyyətinə hörmət edin. Öz avtoritetinizdən istifadə edərkən, ehtiyatlı olun və onun (müxalifətçiliyin) əsl məğzinə böhtan atmayın”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə