“Azərbaycanın təbliğatı qarşısında acizik” ERMƏNİ EKSPERT

“Ermənistan hazırda Xocalı mövzusunda Azərbaycana qarşı əks-zərbə vurmağa hazır deyil”. SİA xəbər verir ki, erməni ekseprti Anjela Elibekovanın “Xocalı-28: Azərbaycan təbliğatına necə müqavimət göstərmək” mövzusunda aparılan müzakirələrdəki fikrini Ermənistanın aysor.am saytı yayıb.

“Azərbaycan təbliğatı öz iş stilini, taktikasını dəyişir”, deyən erməni ekspertinə görə, bu təbliğat daha çevik, və beynəlxalq meydanlarda daha effektli, eləcə də beynəlxalq ictimaiyyət tərəfindən daha çox qəbul ediləndr: “Bizim bu çağırışlara hazırlığımız və onlara qarşı müqavimət göstərmək üçün nə isə edə biləcəyimiz belə vəziyyətlərdə açıq-aydın görünür. Ola bilər ki, il boyu biz heç nə görmürük, lakin əks-zərbə endirməyin zamanı çatanda görürük ki, hazırkı anda biz buna hazır deyilik, acizik”.

“Erməni tərəfi demək olar ki, Azərbaycan təbliğatına qarşı heç nə edə bilmir. Son vaxtlar isə həmin istiqamətdə heç bir ciddi layihələr də yoxdur”, erməni eksperti deyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə