"Xocalı faciəsi bəşəri bir cinayətdir" ÖZƏL-MÜNASİBƏT

“Xocalı faciəsində şəhid olanların ruhu qarşısında baş əyirəm. Bizim qeyri-hökumət təşkilatları da faciə və digər ümummilli hadisələrlə bağlı ictimai işlərdə fəal iştirak edirlər. Braşüralar, bülletenlər dərc olunur, geniş təbliğat kampaniyaları aparılır, layihələr həyata keçirilir. 2006-cı ildə Azərbaycan qeyri-hökumət təşkilatları Xocalı soyqırımı ilə bağlı imzatoplama aktında "Bir milyon imza-bir tələb" sənədlərini təqdim edib”. Bunu SİA-ya açıqlamasında Milli QHT Formunun prezidenti Rauf Zeyni deyib.

“Xocalı soyqırımı ilə bağlı nə deyə bilərik? Belə ki, bu hadisələri törətməkdə məqsəd Azərbaycan xalqının inamını qırmaq və onun bütün məqamlarda bu mübarizədən çəkindirmək idi. Ona görə də, Sumqayıt hadisələri, Ermənistandan deportasiya olunan əhali, 20 Yanvar hadisəsi, Xocalı soyqırımı törədilməklə xalqın, millətin azadlıq inamının qırılması qorxudulması və sındırılması kimi çirkin niyyətlərə nail olmaqdan ötrü yaradılırdı. Bu insanlar soyqırımına məruz qalıblar. Köçəryan da, Sarksiyan da bu hadisələri törədən Rusiyanın nökərləri olan cinayətkarlardır. Bu adamların, bu cinayətkarların cəzalandırılması vaxtı da gəlib çatacaqdır. Onların törətdiyi Xocalı faciəsi bəşəri bir cinayətdir. Azərbaycan ictimaiyyəti, dövlət stukturları, eyni zamanda, qeyri-hökumət təşkilatları daim bu məsələ ilə bağlı iş aparırlar. İnanıram ki, Azərbaycan xalqına qarşı cinayət törədənlər yaxın zamanda öz cəzasını alacaqlar”-deyə, R.Zeyni fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...