"Təhlükəsizlik Şurasının" iclası ermənilərə nə vəd edir?

Paşinyan öz sərsəm inadkarlığı ilə Ermənistanı Azərbaycanın gücü qaşısında ağır məğlubiyyətə doğru sürükləyir

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gedərək orada qanunsuz rejimin qondarma nümayəndələri ilə görüşməsi, təmas xəttində işğalçı Ermənistan silahlı qüvvələrinə baş çəkməsi torpaqlarımızın hərbi işğalının göstəricisidir. Bu həm də nümayiş etdirir ki, məhz Ermənistan işğalçılıq siyasətində, bilavasitə məsuliyyət daşıyır.

Onu da vurğulayaq ki, Ermənistan xalqının bəlası Nikolun sərsəm bəyanatlarlda kürsüyə "əlvida" deməsini tezləşdirir. Saxtakarlıq, yalan danışmaq bütün ermənilərdə olduğu kimi onun da qanında var. Əslində, bu, çoxları üçün yenilik olmasa da, erməni baş nazir Nikol Paşinyan üçün hələ də anlaşılmazdır. Bütün bunlardan sonra "DQR"-də "Təhlükəsizlik Şurası"nın iclasında Qarabağda son vaxtlar qeydə alınan qeyri-döyüş itkiləri, xüsusən intiharların sayının artması, həmçinin, martın 31-də keçiriləcək qondarma "prezident və parlament seçkilər"ində sabitliyin qorunması ilə bağlı müzakirələr aparması baş verənləri ört-basdır etmək istədiyini bir daha sübut edir.

Bu gün ermənilər özləri qeyd edirlər ki, vaxtilə Ermənistandan əhali ədədi silsilə ilə baş götürüb qaçırdısa, indi artıq həndəsi silsilə ilə ölkəni tərk edir. Eyni zamanda, xalq onun da fərqindədir ki, Ermənistanda böhran daha da dərinləşəcək. Çünki xalq görür ki, onu acınacaqlı vəziyyətə salan bir rejim hakimiyyətdə baş nazir postunu zəbt edən Paşinyan elə Sarkisyanın eyni üzüdür.

"Jamanak" qəzetinin yazdığına görə, məqsəd Ermənistanda prezident üsul-idarəsinə qayıdış etməkdir. Nəşr bildirib ki, güclü prezidentlik idarəsi Konstitusiya Məhkəməsinin üzvlərini istefaya göndərə biləcək. Ekspertlər Nikol Paşinyanın bu islahatlarla öz kövrək hakimiyyətini möhkəmləndirmək niyyəti güddüyünü vurğulayırlar.

Paşinyanın bu oyunlarının bədəli daha böyük olacaq

Paşinyanın istər "Təhlükəsizlik Şurasının" iclasında, istərsə də beynəlxalq səviyyəli görüşlərdə yalan vədlər verməsinin bədəli nəticədə daha böyük olur. Ancaq Paşinyan yenə də yalan danışmaqdan əl çəkmir. İclasda da, guya erməni əsgərlərinin intiharının olmaması, əhalinin sosial problemlərinin rəvan istiqamətdə getməsi ilə bağlı məsələləri müzakirə edərkən nə qədər yalan danışdığını anlamır? "Səs" qəzeti Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma rejimin "müdafiə naziri" Karen Abramyan istefaya göndəriləcək və onun yerinə "Baş Qərargah rəisi" Cəlal Arutunyan gətiriləcək.

Bundan başqa, "Hərbi Polisin rəisi" Artur Baqdasaryanın da istefası gözlənilir. Verilən məlumata görə, yanvarın 1-dən Qarabağda 10 erməni hərbçisi ölüb. Onların 6-sı özünə qəsd edib. 28 yanvarda gecə saatlarında təmas xəttinin cənub-şərq istiqamətində (Füzuli rayonu) Azərbaycan ordusu ilə üzbəüz mövqelərdə düşmən ordusunda yeni insident qeydə alınıb. er Armanoviç Avetisyan (2000-ci il) güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Ağır vəziyyətdə hərbi hospitala aparılan əsgərin intihara cəhd etdiyi ehtimal olunur. Bu insidentlərlə paralel, yanvarın 6-da Ermənistan ərazisində yerləşən hərbi hissələrdən birində müqavilə əsasında xidmət keçən Qeqam Viktoroviç Xaçatryan pulemyotdan atəş açaraq özünü öldürüb. O bildirib ki, bölgədəki xalqları münaqişənin sülh yolu ilə həll edilməsinə hazırlamaq məqsədilə həll prosesinin bütün tərəfləri, yəni Ermənistan, Dağlıq Qarabağ (Azərbaycanın işğal edilmiş ərazilələrində yaradılmış separatçı qurum) və Azərbaycanın maraqlarını nəzərə alınmalıdır. Yanvarın 30-da Qarabağda döyüş mövqelərindən birində cəsədi tapılan Vaqram Mkrtıçeviç Avakyanın (2000-ci il) intihar etdiyi bildirilir. Əsgərin intiharı ilə bağlı 3 əsgər yoldaşı - David Movsisyan, Xaçik Qasparyan və Spartak Avetisyan saxlanılıb.

Hadisə zamanı Henri-Hayk Zakaryan (2001-ci il) və Armen Mesropyan (2000-ci il) güllə yarası alıb. Zakaryanın vəziyyətinin xüsusilə ağır olduğu vurğulanır. Livan ermənisi sayılan Zakaryanın Mesropyana atəş açdığı, bundan sonra özünü vurduğu aydınlaşmışdı. Fevralın 9-da 2001-ci il təvəllüdlü əsgər Valeriy Nelsonoviç Petrosyan təmas xəttinin cənub istiqamətində ölü tapılıb. Onun odlu silahdan atəş açaraq intihar etdiyi bildirilir. Fevralın 12-də döyüş postlarının birində əsgər Tiqran Manvelyan (2000-ci il) cəsədi tapılıb. Onun odlu silahdan açılan atəş nəticəsində ölməsi müəyyən olunub. Bununla yanaşı, digər hərbi hissədə Tiqran Mxoyan (2000-ci il) adlı əsgər ölü aşkar olunub. Onların hər ikisinin intihar etdiyi müəyyən olunub. Fevralın 15-də Qarabağda əsgər Ayk Asryan (1997-ci il) ölü tapılıb. Onun intihar etdiyi vurğulanıb.

Prezident İlham Əliyev Paşinyanın siyasi və tarixi savadsızlığını sübuta yetirdi

Bu məqamda Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə tutarlı, tarixi faktlarla faşist niyyətli Paşinyanın susdurması və Paşinyanın tez-tez nitqində səhv etməsi daha çox heç bir əsası olmayan, real faktlara söykənməyən arqumentlər gətirməyə cəhdi isə gülüş doğurub. Debatın gedişatı zamanı Prezident İlham Əliyev məntiqli, tutarlı arqumentlər səsləndirməklə opponenti üzərində üstünlük qazanması və konfransda səslənən fikirlər sözün həqiqi mənasında bir daha Azərbaycan Prezidentinin siyasətinin məntiqi reallıqlarıdır.

Paşinyana Azərbaycan dövlətinin növbəti tarixi dərsi

Bu panel göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev, sözün həqiqi mənasında Ermənistanın baş nazirinə tarix, siyasət, hüquq dərsi keçdi və özünün nə qədər mahir diplomat olduğunu ortaya qoydu. Bunun qarşılığında isə Ermənistan baş nazirinin nə qədər hazırlıqsız olduğu, tarixi, hüquqi, siyasi biliklərinin sıfır səviyyəsində olduğunun reallığı üzə çıxdı. Məlum oldu ki, o yalnız inqilab etmək üçün bəyanatlar verməyi bacarır. Amma reallıqda isə olduqca zəif bir siyasətçidir.

Azərbaycan Prezidenti İlham Əliyevin "Qoy bütün dünya bilsin ki, hətta bu gün Ermənistanın paytaxtı olan İrəvan da tarixi Azərbaycan torpaqlarıdır" səsləndirdiyi bu fikrinin dünyanın aparıcı KİV-lərində geniş şəkildə yayılması Azərbaycanın informasiya cəbhəsində qazandğı çox böyük uğuru və qələbəsi idi. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan baş nazirinin tarixi faktları təhrif etdiyini və işğal olunmuş ərazilərdəki silahlı qüvvələrin 80 faizindən çoxunun Ermənistan əsgərləri olduğunu deyib: "Mən 19-cu əsrin əvvəllərdində İrəvan əhalisinin 70 faizinin azərbaycanlılardan ibarət olması barədə danışmayacağam. Amma onların hər zaman danışdıqları öz müqəddəratını təyinetmə barədə. Erməni xalqı öz müqəddəratını təyin etdi. Onların bir erməni dövləti var. Məsləhətim budur ki, ikinci dəfə öz müqəddəratını təyin etmək üçün dünyada başqa yer tapsınlar, Azərbaycanda yox".

Erməni publisist: "Paşinyan Ermənistanda yalan danışmağı səlis bacarır"

Erməni publisist Vahan İşxanyan Paşinyanın Ermənistanda yalan danışmağı səlis bacardığını və Azərbaycan Prezidenti İlham Əliyev qarşısında isə həqiqəti hıqqanaraq da söyləyə bilməsi deyilənlərin məntiqi sübutudur: "Münaqişənin daha geniş kontekstində Münhen təsvirini almaq istəmirsənsə, referendumu boykot et və ya yox de. Bir də Paşinyan faktlardan xəbərsizdirsə, necə desin? İndi niyə hər zaman yalan danışdığı məlumdur, çünki həqiqəti bilmir. Bir də Paşinyanın nə siyasi, nə iqtisadi sahədə savadı sıfırdırsa, Azərbaycan Prezidenti İlham Əliyev kimi bir dahi diplomatla üz-üzə gəlməsi gülüş doğuracaq. Elə keçirilən görüşdə də Prezident İlham Əliyev Qarabağ müzakirələrində də konkret faktlarla Paşinyanı darmadağın etdi!".

Beləliklə, dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü. Fakt isə budur ki, Paşinyan öz sərsəm inadkarlığı ilə Ermənistanı Azərbaycanın gücü qaşısında ağır məğlubiyyətə doğru sürükləməkdədir.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə