Ermənistanın Münhendə rüsvayçılığı bu ölkənin faciəsidir

Paşinyan məqamı qaçırdı və bununla yanaşı o Münhendə rüsvay olmağı da bacardı. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus hayeli.am saytında qeyd olunur.

Qeyd olunur ki, Nikolun yerində olmadığı və dövlət başçısının onun üçün çox ağır yük olduğu bir daha sübut edildi. Həmçinin bildirilir ki, Ermənistanın şounun bir predmeti olması, bir oyuncağa, alətə çevrilməsi təhlükəli deyil, Paşinyanın Qarabağ problemini anlamaması, danışıqlar prosesini hələ də başa düşməməsi təhlükəlidir.
Ermənistan mediası həmçinin etiraf edir və vurğulayır ki, Paşinyan inqilabi görkəm almaq üçün hansısa düstur ortaya qoysaydı, bu gülməli olardı, amma Paşinyanın Münhendəki halı, özü kimi Ermənistanı da gülüş hədəfinə çevirməsi artıq gülməli deyil, faciədir.

Nikol Paşinyanın rüsvayçılığını və bunun bir Ermənistan faciəsi olduğunu etiraf edən erməni mediası eyni zamanda erməni baş nazirinin Əliyev, Məmmədyarov və Poroşenkonun gülüşləri altında Münhendə barışmaq üçün yalvardığını da yazır.

Münhen Nikol üçün bir dərs, erməni xalqı üçün bir ibrət olmalıdır yazan Ermənistan KİV-ləri bu ölkənin belə bir lideri, rəhbəri ola bilməz, fikirlərini yayırlar. Xüsusilə vurğulayırlar ki, Nikolun psixoloji, peşəkar, idarəetmə və digər keyfiyyətləri, daha doğrusu keyfiyyətsizliyi ilə dövlət başçısı vəsifəsi, postu uyğun gəlmir.

Xatırladırıq ki, Münhendə erməni baş nazirinin düşdüyü acınacaqlı durum, gülünc vəziyyət Ermənistan mediasında müzakirə mövzusuna, Nikol Paşinyan özü isə qınaq obyektinə çevrilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...