İslam ekstrimistləri azadlığa çıxmaq üçün həbsxananı yandırıblar

İslam ekstrimistləri azadlığa çıxmaq üçün həbsxananı yandırıblar
İslam ekstrimistləri azadlığa çıxmaq üçün Suriyanın Latakiya şəhərində yerləşən həbsxananı yandırıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, güclü yanğın olduğundan qaçmaq mümkün olmayıb və nəticədə 8 məhkum həlak olub. Qalan məhkumlar xilas olunsa da həkim nəzarəti altında saxlanılır.
"25 nəfər qospitallaşdırılıb. Onlardan 17 nəfərin vəziyyəti ağırdır. 8 məhkum isə dəm qazından və yanıqlardan vəfat edib"- bu barədə polis müdiri Kamal Fteyx bəyanat verib.
O dəqiqləşdirilib ki, yanğın həbsxananın ömürlük və ölüm cəzalarına məhkum olunanlar hissəsində törədilib.

Bütün xəbərlər Facebook səhifəmizdə