Qafqaz Müsəlmanları İdarəsi “Qurani-Kərim”in nüsxəsinin yandırılması ilə bağlı bəyanat yayıb
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dini dözümlülük prinsiplərinin bütün dövlətlər və xalqlar üçün vacib olduğunu bildirən bəyanata imza atıb. SİA-nın qurumdan aldığı məlumata görə, QMİ-ni bu addımı atmağa vadar edən bu ilin mart ayının 20-də ABŞ-ın Florida ştatından olan keşişin "Qurani-Kərim"in nüsxəsinin yandırılması olub. Bəyanatın mətnində deyilir: "Özünü keşiş kimi qələmə verən birisinin həyata keçirdiyi mənfur aksiya müqəddəs İslam dininə xələl gətirmək iqtidarında olmasa da, onun ardıcıllarının heysiyyətinə toxunmaq, onların ən ülvi mənəvi hisslərinin təhqir olunması baxımından olduqca xoşagəlməz haldır. Belə ki, bu hadisənin fəsadları bəşəriyyət üçün çox acınacaqlı və təhlükəli ola bilər. İstər "Tövrat", istər "İncil", istərsə də "Qurani-Kərim" Allah tərəfindən insanlara hidayət yolunu göstərmək üçün göndərilib. "Qurani-Kərim"də Musa, İsa, Məryəm və digər müqəddəslərin adları ehtiramla çəkilir, İslam onları qəbul edir. Bu kitabdakı ali mətləblərdən xəbəri olmadan onu yandırmaq mahiyyət etibarilə "Tövrat"a da, "İncil"ə də qarşı bir üsyandır".
Qafqaz Müsəlmanları İdarəsi bu hadisəyə qəti etirazını bildirməklə yanaşı, ABŞ cəmiyyətini, dini mərkəz rəhbərlərini bu addıma qarşı qınaq mövqeyindən çıxış etməyə çağırıb: "İslamın müqəddəs kitabına belə bir təhqiramiz münasibətin bütün dini rəhbərlər tərəfindən pislənməsini vacib sayır, artıq insan tələfatına səbəb olmuş bu mənfur hadisəni törətmiş üzdəniraq keşişin dini ədavəti qızışdırmaq cəhdinə görə qanunla cəzalandırılmasını tələb edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB