Aprelin 4-də Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin IV plenumu olub. AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, plenumda təşkilat məsələsinə baxılıb.
Tofiq Musa oğlu Musayev öz xahişi ilə tutduğu vəzifədən azad olunmuş, Seymur Vaqif oğlu Orucov Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib.
Plenumda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov iştirak və çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB