Əli Həsənov: “Azərbaycanda radikal müxalifətin heç bir ciddi sosial dayağı yoxdur” - MÜNASİBƏT
"Şənbə günü "ümumxalq mitinqi" və yaxud onların iddia etdikləri kimi hakimiyyətdən narazıların "inqilabı" açıq-aşkar müxalifətin sosial bazasının yoxluğunu, cəmiyyətdə öz arxasınca adam apara bilməmələrini bir daha sübut etdi". SİA-nın əldə etdiyi məlumata görə bunu mətbuata açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Ümumiyyətlə, hakimiyyətə etiraz edənlərin müxalifətin ətrafında deyil, əksinə, bunların özünə qarşı olduqlarını deyən şöbə müdiri bildirib ki, müxalifət yenə də öz simasını göstərdi. Müxalifətin Azərbaycan cəmiyyətində dağıdıcı, pozucu, dövlət həyatının ahəngini pozmaq siması göründü. Bunun da heç bir perspektivi yoxdur. Buna görə də günün birində qanun qarşısında ciddi şəkildə cavab vermək lazım gələcək və cavab verəcəklər də. Müxalifətçilik belə olmur. Müxalifətçiliyin nə missiyası bu tipli fəaliyyət üzərində qurulur və ona söykənərək hakimiyyət uğrunda mübarizə aparılır, nə də bu yollarla, vasitələrlə müxalifətçilik etmək olmaz.
Azərbaycanda radikal müxalifətin heç bir ciddi sosial dayağı yoxdur, deyən Ə.Həsənov vurğulayıb ki, bunu mitinq də sübut etdi. Göründüyü kimi Bakı şəhər sakinləri radikal müxalifəti kifayət qədər dəstəkləmir və belə müxalifətçilik iflasa məhkumdur.
Bu gün iqtidar-müxalifət dialoquna ehtiyac yaranıbmı, sualına cavab verən Ə.Həsənov qeyd edib ki, sağlam müxalifətlə Azərbaycanda dialoq zəruridir. Bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycan cəmiyyətinin də belə dialoqlara, məsləhətləşmələrə, mütəmadi əməkdaşlığa ehtiyacı var və biz bunu aparırıq. Parlamentdə təmsil olunan siyasi partiyalar var, Azərbaycan dövlətinin dinc inkişafında, tərəqqi yolu ilə getməsində və Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində maraqlı olan digər siyasi qüvvələr var. Bu tipli radikal qüvvələrlə dialoq çox çətindir. Hakimiyyətin bunları nəyə dəvət etməklərindən asılı olmayaraq, özlərinin bəlli oriyentasiyaları var, bəlli maraqları var, bununla da getməyə çalışırlar. Hazırda bu tipli radikal qüvvələrlə dialoq çətindir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB