Ermənistanda inflyasiya rəsmi olaraq açıqlandığı kimi 12,5 faiz deyil, ən azı 25 faizdir. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri İrəvanda keçirdiyi mətbuat konfransında iqtisadi ekspert Harutyun Mesropyan deyib.
O, bildirib ki, inflyasiya göstəricisi onun hesablama metodundan da asılıdır. Daha yoxsul təbəqənin pullarını ya qidaya, ya da kommunal xidmətlərə xərclədiyini deyən ekspert qeyd edib ki, bu təbəqədə inflyasiya rəsmi rəqəmlərdə belə 18 faizi keçir.
Dünya Bankının qiymətləndirmələri də Ermənistanda vəziyyətin açınacaqlı olduğunu göstərir. Beynəlxalq maliyyə qurumu Ermənistanda 2008-ci ildə 23 faiz olan yoxsulluq səviyyəsinin 2010-cu ildə 34,1 faizə yüksəldiyini açıqlayıb. H.Mesropyana görə Ermənistanda təxminən 1,1 milyon adam yüksək inflyasiya aralığındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB