"Ümumiyyətlə, Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda separatçılarla görüşərkən öz ölkəsindəki kimi çıxış edir. Onun oğlu işğal altındakı Dağlıq Qarabağda hərbi xidmətdədir". Bunu SİA-ya politoloq İlqar Vəlizadə deyib.
Politoloqun sözlərinə görə, Paşinyanın oğlu Ermənistanın hansısa şəhərinə gedibsə, Paşinyan da dərhal ora gedir: "Paşinyan nəinki gedir hətta yerliidarəetmə orqanlarına müəyyən göstərişlər verir, iradlarını bildirir və s. Əslində bu misilsiz bir şeydir. İşğalçı dövlətin rəhbəri açıq-aşkar digər ölkənin ərazisinə soxulur. Paşinyan nəinki səfər edir həmçinin özünü orada işğal olunmuş torpaqların sahibi kimi aparır. Axı buna necə qiymət vermək olar? Əslində bu həm beynəlxalq, həm də müəyyən dərəcədə hərbi cinayətdir. Bu adam işğal olunmuş torpaqlara gedir xüsusilə də Kəlbəcərdə hərbi obyektlərə baş çəkir və müəyyən göstərişlərini verir. Onun oğlu isə açıq-aşkar işğalda iştirak edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB