Azərbaycanda Milli Məclisə seçkilər azad, demokratik və şəffaf keçdi REALLIQ

Azərbaycanda Milli Məclisə seçkilər azad, demokratik və şəffaf keçdi REALLIQ

Real seçici iradəsi bir daha ortaya qoyuldu

Azərbaycan artıq dünya birliyində demokratik prinsiplərin inkişafına önəm verən, müstəqil siyasət yeridən dövlət kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, düşünülmüş xarici siyasət, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən köklü islahatlar dövlətimizə yeni uğurlar qazandırmış, onun mövqeyini daha da möhkəmləndirmişdir.

Yerli və xarici müşahidəçilərin aktivliyi, həmçinin jurnalistlərin seçki məntəqələrindəki prosesləri dinamik şəkildə işıqlandırmaları da bu reallığı özündə kifayət qədər əks etdirdi

Bu nəzərdən çıxış edərək qənaətə gələ bilərik ki, Azərbaycanda növbəti dəfə Milli Məclisə seçkilər baş tutdu və islahatlar çərçivəsində baş tutan seçkilər vətəndaşların yüksək fəallığı şəraitində keçdi. Digər tərəfdən, yerli və xarici müşahidəçilərin aktivliyi, həmçinin jurnalistlərin seçki məntəqələrindəki prosesləri dinamik şəkildə işıqlandırmaları da bu reallığı özündə kifayət qədər əks etdirdi. O cümlədən, “Exit-poll”ların nəticələri də göstərdi ki, bu seçkilərdə siyasi və s. baxışlarından asılı olmayaraq real seçici iradəsi ortaya qoyuldu.

Lakin mühüm faktorlardan biri də budur ki, Azərbaycan seçiciləri yüksək fəallıq nümayiş etdirməklə ölkənin həyatında bu çox mühüm siyasi kampaniyaya böyük maraq və diqqət göstərdiklərini sübut etməklə, demokratik dəyərlərin qorunmasında, inkişaf etdirilməsində və möhkəmləndirilməsində öz sözlərini dedilər. Əbəs deyil ki, seçkiləri müşahidə edən çoxsaylı xarici müşahidəçilər seçkilərin daha bir mühüm əlaməti - bütün məntəqələrdə səsvermənin Seçki Məcəlləsinin tələblərinə uyğun, heç bir ciddi qanun pozuntusu olmadan keçməsini xüsusilə vurğuladılar.

Nə namizədlər, nə seçicilər, nə də müşahidəçilər heç bir maneə, problemlə üzləşmədiklərini bəyan ediblər

Daha bir məqam isə, MSK-nın seçkilərin yüksək səviyyədə keçirilməsi üçün apardığı mükəmməl hazırlığı və peşəkarlığı səviyyəsidir ki, bu amil də həmin faktı təsdiq edir. Məhz bu baxımdan da deyə bilərik ki, seçkilərdə iştirak edən namizədlərin sayı ötən seçkilərdəkindən iki dəfə çox oldu. Habelə, nə namizədlər, nə seçicilər, nə də müşahidəçilər heç bir maneə, problemlə üzləşmədiklərini bəyan ediblər.

Son olaraq isə bir daha əminliklə vurğulaya bilərik ki, respublikamızda demokratik, şəffaf, azad və ədalətli seçkilərin keçirilməsinə yaradılan əlverişli şərait, zəngin hüquqi baza da bu inkişafa təkan verib. Azərbaycan xalqı və dünya ictimaiyyəti Prezident İlham Əliyevin müasir demokratik standartlara cavab verən seçkilərin keçirilməsinə yönəlmiş siyasi iradəsinin reallığa çevrilməsinin dəfələrlə şahidi olduğu kimi, bu seçkilərdə də həmin reallıq, gerçəklik öz təsdiqini kifayət qədər təsdiqlədi.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə