Ağalar Vəliyevin seçiciləri 9 fevralda onu dəstəkləyəcəyini vurğulayıblar FOTOLAR

Ağalar Vəliyevin seçiciləri 9 fevralda onu dəstəkləyəcəyini vurğulayıblar FOTOLAR

YAP-ın namizədi: “Rayonun kəndlərində demək olar ki qazla təmin edilməyən, dağlıq ərazidə yerləşən 5 yaşayış məntəqəsinin qazlaşdırılması məqsədi ilə müvafiq layihə sənədlər hazırlanaraq aidiyyatı üzrə təqdim edilmişdir”

9 fevralda Azərbaycan Rrespublikasının Milli Məclisinə keçiriləcək seçkilərin təbliğat- təşviqat kampaniyasını YAP Goranboy rayon təşkilatı uğurla davam etdirir. 97 saylı Goranboy-Ağmam-Tərtər seçki Dairəsindən Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin Qızılhacılı qəsəbəsində seçicilərlə görüşü keçirilib. SİA-ya daxil olan məlumata görə, Ağalar Vəliyevi və YAP rayon təşkilatının yerli qərargah üzvlərini ictimaiyyət nümayəndələri, Qarabağ müharibə veteranları, şəhid ailələri və cox saylı kənd sakinləri qarşılayıblar.

Tədbiri YAP rayon təşkilatının sədri Elçin İsmayılov açaraq Ağalar Vəliyevin 2015-2019-cu illər ərzində Goranboy rayonunun ərazilərində gördüyü işlər barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Ağalar Vəliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının son 16 il ərzində Prezident İlham Əliyev tərəfindən müasir dünyanın tələblərinə və cağırışlarına uyğun uğurla davam etdirilməsi sayəsində Azərbaycan Avroatlantik məkanda mühüm strateji mərkəzə, Cənub Qafqaz regionunun liderinə, sürətlə tərəqqi edən və beynəlxalq aləmdə böyük nüfuzu olan, qlobal layihələr reallaşdıran, eləcə də, mötəbər tədbirlərə ev sahiblik edən güclü bir dövlətə cevrildiyini bildirib.

Həmçinin qeyd olunub ki, dövlət proqramına uyğun olaraq, Azərbaycanın hər yerində olduğu kimi Goranboy rayonunda da bir sıra layihələr həyata keçirilir. Rayonun şəhər və kəndlərində abadlıq quruculuq işləri davam edir.

“Son vaxtlar rayonun yol infrastrukturunun yenilənməsi sahəsində xeyli işlər görülmüşdür. Rayonun kəndlərində demək olar ki qazla təmin edilməyən, dağlıq ərazidə yerləşən 5 yaşayış məntəqəsinin qazlaşdırılması məqsədi ilə müvafiq layihə sənədlər hazırlanaraq aidiyyatı üzrə təqdim edilmişdir”, deyə vurğulayan YAP-ın namizədi həmçinin bildirib ki, hazırda Goranboy rayonunda qazlaşma 97 faiz təşkil edir: “Prezidentimiz cənab İlham Əliyevin Goranboy rayonuna 6 dəfə səfər etmiş və bir çox obyektlərin açılışını etmişdir. Bunun bariz nümunəsidir ki, rayonda 600 hektara yaxın əkin sahalərinin suvarma vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məlum sərəncamına əsasən 17 ədəd subartezian quyusunun qazılması üçün vəsait ayrılmışdır. Bundan başqa, Prezidentimiz cənab İlham Əliyevin Goranboy rayonuna olan yüksək diqqət və qayğının nəticəsi olaraq, istər aqrar, istərsə də sənaye sahələrində, həmçinin təhsil, səhiyyə və mədəniyyət sahələrində mühüm infrastruktur layihələr reallaşdırılıb”.

Ağalar Vəliyev qeyd edib ki, cənab Prezidentin dəstəyi ilə müvafiq dövlət proqramlarının xüsusilə “Regionların 2019 - 2023-cü illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının” və digər infrastruktur layihələrin həyata keçirilməsi sayəsində həlli vacib problemlərdə öz müsbət həllini tapacaqdır.

“Etimadınızı qazanaraq, millət vəkiliniz seçiləcəyim təqdirdə mən də öz növbəmdə bölgələrimizdə həyata keçiriləcək quruculuq və abadlıq işləri çərçivəsində hələ ki, qalmaqda olan bəzi problemlərimizin həllinin sürətləndirilməsi üçün respublikamızın aidiyyatı qurumları qarşısında məsələ qaldıracağam, səlahiyyətlərim və imkanlarım daxilində bu istiqamətdə müvafiq tədbirlər görəcəyəm”, deyən YAP-ın namizədi seçiciləri fevralın 9-da keçiriləcək Milli Məclisə növbədən kənar seçkilərdə fəal iştirak etməyə dəvət edib və bildirib: “Etimadınıza inanaraq, sizi seçkilərdə ən doğru seçim etməyə Goranboy rayonunun tərəqqisi ölkəmizin inkişafı, dövlətimizin güclənməsi və xalqımızın rifahının yüksəlməsi naminə YAP-sının deputatlığa namizədi kimi mənə səs verməyə dəvət edirəm”, deyə Ağalar Vəliyev bildirib.

Görüşdə cıxış edən qərargah üzvü Namiq Məmmədov,Novruz Sadıqov, Müşviq Sadıqov, Elçin Tağıyev, Çernobil əlili Qurban Həbibov, qəsəbə müsiqi məktəbinin müəllimi Eldar Orucov, İlqar İsmayılov və qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Həvayət Həsənova çıxış edərək, növbəti dəfə Ağalar Vəliyevə etimad göstərərək, 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisə namizəd göstərdikləri üçün Yeni Azərbaycan Partiyasına öz minnətdarlıqlarını bildiriblər və YAP-ın namizədi Ağalar Vəliyevə səs vermək üçün 9 fevralda seçiciləri seçki məntəqələrinə gələrək onu dəstəkləməyə dəvət ediblər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə