Türkdilli ölkələrin XİN başçıları görüşüb

Türkdilli ölkələrin XİN başçıları görüşüb

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin növbədənkənar iclası keçirilib. SİA xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Macarıstanın xarici işlər nazirləri iştirak edib.

Həmçinin iclas çərçivəsində Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırıb. İclasda türkdilli dövlətlərin birgə iqtisadi münasibətləri, bu münasibətlərin inkişaf etdirilməsi və eyni zamanda Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə