David Şahnazaryan: “Ermənistan tamamilə izolə olunub, Bakı nəticədən razıdır” DÜŞMƏN ETİRAFI
“Ərazilərin təhvil verilməsi ilk gündən müzakirə olunur. Əks halda, bu məsələ müzakirə edilməsəydi Azərbaycan danışıqlar masasına oturmazdı”. SİA “Novosti-Armeniya”ta istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan “Qarabağ dəyişikliklər ərəfəsində. Xarici və daxili təhlükəsizlik” mövzusunda keçirilən tədbirdə deyib.
O, əlavə edib ki, Bakı Cenevrədə və Bratislavada baş tutmuş danışıqların nəticəsindən razıdır.
Şahnazaryanın sözlərinə görə, Ermənistan tamamilə izolə olunub: “ATƏT-in Minsk qrupu və Bakı bir tərəfdə, Yerevan isə başqa tərəfdədir, təqsirkar isə dövlət olaraq biz olacağıq, Nikol Paşinyan deyil, hansı ki, bütün bunların əsas baiskarı özüdür”.
“Diplomatiyada işlədilən söz sənəd qədər ağırlıq daşıyır”, deyən Şahnazaryan bildirib: “Hazırkı məqamda həmin söz sərçə deyil ki, uçsun və onu tuta bilməyəsən”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB