Merkuri planetinin səthi ABŞ Milli Kosmik Agentliyi (NASA) tərəfindən ilk dəfə göstərilib. SİA-nın məlumatına görə, NASA buna kosmosa göndərdiyi "Messenger" sayəsində nail olub.
Martın 29-u səhər saatlarında çəkilən bu fotoşəkil 50 mil, yəni təxminən 80,5 km genişliyindəki və planetin cənub yarımkürəsində olan, içərisində su olduğu təxmin edilən "Debussy" adlı bir kraterə aiddir. 2005-ci ilin mart ayının 17-də orbitə göndərilən "Messenger" 6 il ərzində Venera planetinə, daha sonra Merkuriyə çatıb. Araşdırmaların nəticəsi olaraq Merkurinin bir hissəsinə aid bir xəritə də hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB