Pompeonun səfəri Rusiyaya hansı mesajı verir? ÖZƏL-MÖVQE

Pompeonun səfəri Rusiyaya hansı mesajı verir? ÖZƏL-MÖVQE

"Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeonun keçmiş SSRİ respublikalarına səfəri başlayır". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

"Pompeo əvvəlcə Ukraynaya, ardınca Belarusa, Özbəkistana və Qazaxıstana gedəcək. Ukraynadan başqa digər 3 ölkə Rusiyanın tərəfdaşlarıdır. Buna baxmayaraq, Belarusun son vaxtlar Rusiyadan müstəqil siyasətə can atması, Aleksandr Lukaşenkonun Kremldən ciddi narazılığı Vaşinqtonun diqqətini çəkir. Vaşinqton Mərkəzi Asiya ölkələrini də Rusiyanın arxa baxçası hesab etmir, Astana və Daşkəndlə sıx əlaqələr qurmağa çalışır. Təsadüfi deyil ki, Amerika prezidenti Donald Trampın Ağ Evə çağırdığı nadir qonaqlar arasında Qazaxıstan və Özbəkistan liderləri də olub", - deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə