Millət vəkili: “Azərbaycan üçün əsas məqsəd soyqırımı faktına dünya ictimaiyyətinin diqqətini cəlb etməkdir” - AÇIQLAMA
"31 Mart Azərbaycanlıların soyqırımı günüdür. 1918-ci ildə Rusiya imperiyası dağılandan sonra Azərbaycanda, konkret olaraq erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı soyqırımı törədilib. Rus bolşevikləri ilə erməni daşnakları birləşərək yerli əhaliyə - azərbaycanlılara qarşı kütləvi şəkildə qırğınlar törətməyə başlayıblar". Bu sözləri millət vəkili Aydın Mirzəzadə 31 Mart soyqırımı ilə bağlı fikrilərini söyləyərkən deyib. O bildirib ki, qırğının əsas məqsədi azərbaycanlıları bir xalq kimi bu ərazidən qovmaq, fiziki cəhətdən məhv etmək idi.
Onun sözlərinə görə, 93 il əvvəl Azərbaycanın əksər bölgələrində erməni-bolşevik birləşmələrinin törətdikləri qanlı aksiyalar dünya tarixində misli görünməmiş soyqırımı faciələrindən yüksəkdə dayanır.
Xarici havadarlarının silah və maddi vəsaiti hesabına təpədən-dırnağadək silahlanan ermənilərin azərbaycanlılar yaşayan kəndlərə hücum etdiyini dilə gətirən millət vəkili vurğulayıb ki, hücum nəticəsində silahsız insanları qətlə yetirir, qoca-uşaq, qadın-kişi bilmədən hamısını qılıncdan keçirirdilər.
"Sonradan isə öz əməllərini azərbaycanlıların ayağına yazaraq tarixdə günahsız, soyqırımına məruz qalan, məzlum xalq imici yaratmağa çalışıblar. O zaman qüvvələr bərabərsizliyində həm paytaxtda, həm də əyalətlərdə minlərlə insan qətlə yetirilib, minlərlə kənd yerlə-yeksan olunub, yüz minlərlə insan həlak olub. Hesablamalara görə, milyona qədər azərbaycanlı Zəngəzur, İrəvan quberniyasında, Qarabağda qətlə yetirilib. Həmin soyqırımı zamanı minlərlə insan öz yuvalarından didərgin salınıb", - deyə millət vəkili xatırladıb.
Mart soyqırımını erməni quldur dəstələrinin törətdiyi danılmaz fakt olduğuunu qeyd edən A.Mirzəzadə Azərbaycan üçün əsas məqsəd soyqırım faktına dünya ictimaiyyətinin diqqətini cəlb etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB