Ermənistan Moskvaya, Minskə və Nur-Sultana arsızcasına dil uzadır HƏYASIZLIQ
Və ya əsl səbəblərdən qaçaraq, erməni xislətinə sadiqlik nümunəsi
“Rusiya, Belarus və Qazaxıstan dəyişilməz şəkildə anrierməni siyasəti yürüdürlər”. SİA xəbər verir ki, bu fikirlər Ermənistanın armenianreport saytında qeyd olunub. Belə ki, erməni saytı iddia edir ki, bu ölkələr inteqrasiya və hərbi-siyasi bloklarda müttəfiqləri olan Ermənistanın deyil, bu birliklərə daxil olmayan tərəflərin maraqlarını müdafiə edir.
Azərbaycanın və Türkiyənin silahlanması erməniəri niyə vahimələndirir?
“Söhbət konkrert olaraq Azərbaycandan və Türkiyədən gedir, hansı ki, Moskva Minsk və Nur-Sultan bu məsələdə canfəşanlıq göstərirlər”, yazan erməni nəşri qeyd edir ki, maliyyə təminatına görə onlar azərbaycanlılara və türklərə silah verirlər, onlarla Ermənistanın acığına əməkdaşlıqlara gedirlər: “Bununla yanaşı, bəyan edirlər ki, Azərbaycanın silahla təchiz edilməsi Qarabağda birbaşa hərbi əməliyyatların başlanmasının qarşısını alır”.
Əks halda, nəyə görə belə vəziyyətə sürükləndiyini araşdırıb, şərh edərdi...
Maraqlıdır ki, Ermənistanın adıçəkilən saytı nədənsə öz işğalçılıq siyasəti barədə bir kəlmə də olsun yazmır və bir daha sübut edir ki, erməni həyasızlığı bu gün də mövcuddur. Əks halda, iqtisadi, siyasi, diplomatik məğlubiyyətlərdən qurtula bilməyən Ermənistan dövləti sağlam düşüncə kontekstində nəyə görə belə vəziyyətə sürükləndiyini araşdırıb, şərh edərdi. Amma göründüyü kimi, buna da cürəti çatmır və onu bütün cəhətlərdən məhv edə bilmək gücündə olan Moskvaya, Minskə və Nur-Sultana həyasızcasına, erməniçili xislətinə sadiqli nümayiş etdirməklə dil də uzadır.
Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB