SSRİ Yuri Qaqarin haqqında yalan danışıb

SSRİ Yuri Qaqarin haqqında yalan danışıb

Rusiyada satışa çıxarılan bir kitabda 1961-ci ildə kosmosa çıxan ilk insan adını qazanan rus kosmonavt Yuri Qaqarinin uğurları haqqında yalan danışıldığı iddia edilir. SİA-nın məlumatına görə, rus jurnalist Anton Pervuşinin yazdığı "Dünyanı dəyişdirən 108 dəqiqə" adlı kitabda Qaqarinin kosmosdan dönən zaman nəzərdə tutulan yerə deyil, 320 kilometr kənardakı bir sahəyə endiyi qeyd edilib.

 

Pervuşinə görə SSRİ-nin daha bir yalanı Qaqarinin "Vostok" kosmik gəmisində eniş etməsi ilə bağlıdır. Jurnalist bildirib ki, Qaqarin əslində torpağa paraşütlə ayaq basıb. Pervuşin hesab edir ki, SSRİ kosmosa ilk dəfə insanı göndərməklə kommunist ideologiyasını gücləndirib və "soyuq müharibə" təbliğatını tətbiq edib. Jurnalist ancaq rus alimlərin hesablamaları düzgün aparmadığını deyib.

 

Kitabda Qaqarinin eniş edəcəyi yerin iki dəfə səhv hesablandığı üçün onun Moskvadan 800 kilometr uzaqlıqda yerə endiyi və buna görə də kosmonavtı qarşılayacaq kimsənin olmadığı ifadə edildi. Rus yazara görə Qaqarinin Moskvanın 400 kilometr cənubunda yerə enməsi gözlənilirdi. Ancaq tarixə keçən kosmonavt kimsəsiz bir sahəyə düşüb. Qaqarin olduğu yer rabitə cihazları ilə yerli səlahiyyətlilərə bildirib.

 

Pervuşinin kitabında Qaqarinin kosmosa uçmamışdan əvvəl ailəsinə yazdığı məktub da yer alıb. Qaqarin ölüm ehtimalını dilə gətirdiyi məktubunda bu sözləri yazıb: "Bəzən insanlar gəzərkən yıxılır və boyunlarını qırılır. Orada da başıma bir şey gələ bilər. Əgər belə olsa Valyuşa səndən kədərlənməməyi istəyirəm".

 

Qeyd edək ki, 12 aprel 1961-ci il tarixində kosmosa çıxan ilk insan olan və 118 dəqiqə kosmosda qalan Qaqarin 1968-ci ildə "MiG-15" döyüş reaktivinin sınaq uçuşunda baş verən qəzada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə