Dövlət çevrilişi mövzusu Ermənistanın gündəmindən düşmür ANALITIK
Erməni ictimai rəyi və KİV-ləri ölkədaxili siyasi böhranın mövcudluğunu inkar etmirlər
Ermənistanda dövlət çevrilişi mövzusu ölkənin müxtəlif siyasi meydanlarında və nöqteyi-nəzərlərində müzakirə olunmaqda davam edir. SİA xəbər verir ki, bu barədə erməni mediasında da gündəlik yazılar, şərhlər və rəylər işıq üzü görməkdədir. Qeyd olunur ki, nə qədər maraqlı görünsə də, sözügedən mövzunu hakimiyyət də dəstəkləyir. Daha dəqiq desək, ölkədaxili siyasi böhranın mövcudluğu inkar olunmur və həqiqətən də dövlət çevrilişinin baş verməsi an məsələsinə çevrilib.
Hakimiyyət daha öncəki idarəçi sistem tərəfindən çox güclü pressinq altındadır
“Hər halda, hətta təhlükəsizlik şurasının katibi dərəcəsində dövlət çevrilişinə cəhd və onun qarşısının alınması barədə danışılıb”, deyə Ermənistanın 1.in informasiya saytı yazır. Maraqlıdır ki, sözügedən mövzuya toxunan erməni saytı onu da qeyd edir ki, siyasi təbliğat yanaşmasında mövzunun kütləviləşdirilməsi anlaşılandır. “Belə ki, hakimiyyət daha öncəki idarəçi sistem (keçmiş iqtidar-R.R.) tərəfindən çox güclü pressinq altındadır”, yazan adıçəkilən sayt qeyd edir ki, burada maliyyə resursları, güclü təbliğat reallığı da mövcuddur ki, həmin sistem ictimai rəyi də özünə tərəf cəlb edə bilir: “Bütün problem ondadır ki, hazırda bumeranq effekti hiss olunmaqdadır... Məsələ həm də bundadır ki, keçmiş sistemin ümumi strategiyası mübahisəsiz şəkildə ondan ibarətdir ki, ictimai rəyin hiddəti bahasına onlar mövcud etapda və ictimai atmosferdə - davamlı psixoloji qorxu və həyəcan çərçivəsində, yaxud təlükənin beş dəqiqəlik məsafəsində hər şey əldə edə bilirlər”.
Ermənistanda yalnız keçmiş hakimiyyət uduzmayıb
Həmçinin qeyd olunur ki, postinqilab reallığında və qiymətləndirilməsində belə nəticəyə gəlmək olar ki, inqilabı Ermənistanda yalnız keçmiş hakimiyyət uduzmayıb. Ya da öncəki hakimiyyət həmin vaxtlar odioz və oliqarxik dairələrin yaxınları hesab edilən keçmiş və hazırkı məmurlardn ibarət olmayıb, həm də müəyyən koalisiyadankənar element və seqmentləri də təşkil edib” .
Beləliklə, erməni ictimai rəyində həm də belə bir fikir fotmalaşır ki, Nikol Paşinyan iqtidarı daxilindəki müəyyən postlarda keçmiş hakimiyyətin adamları oturmağı bacarıblar. Onlar sözdə mövcud hakimiyyəti dəstəklədiklərini göstərsələr də, əslində keçmiş hakim sistemin fizli tapşırıqlarını icra edib, dövlət çevrişişi mövzusunu gündəmdə saxlaya bilirlər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB