ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirəcək

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 1-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin cənub-qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Uilyam Praroy, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, ofisin koordinatoru İmre Palatinus, səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə