Peruda növbədənkənar seçkilər keçirilir

Bu gün Peruda Milli Konqres deputlarının növbədənkənar seçkiləri keçiriləcək. SİA-nın məlumatına görə, 21 partiya ölkənin bir palatalı qanunverici orqanında 130 yer uğrunda mübarizə aparacaq.

Ölkənin seçki komissiyasının məlumatına görə, 26 seçki dairəsində təxminən 24,8 milyon vətəndaş (ölkə əhalisinin 32,5 milyon nəfərindən) siyasi hərəkatlardan birinə birbaşa gizli səsvermə zamanı səs verməlidir. Ölkə üzrə 5,2 minə yaxın ərazı seçki komissiyası yerli vaxtla saat 8:00-da işə başlayacaq, səsvermə saat 16:00-da başa çatacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...