MSK DSK-nın qərarını qüvvədə saxlayıb -AÇIQLAMA

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 45 saylı Abşeron Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Zahir Əzəmətin müraciətinə baxılıb. SİA-nın məlumatına görə, bu barədə MSK-nın Ekspert Qrupunun üzvü Ramiz İbrahimov məlumat verib. R. İbrahimov deyib ki, DSK-nın qərarında Z. Rəhimovun təqdim etdiyi sənədlərdə əmlakla bağlı məsələlərdə ona məxsus olan məlumatların düzgün göstərilməməsi qeyd olunub. Belə ki, Z. Rəhimovun təqdim etdiyi sənəddə əmlakla bağlı məlumatlar Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilib. MSK sədri M. Pənahov Z. Rəhimova məhkəməyə müraciət etməyi tövsiyə edib. MSK DSK-nın qərarını qüvvədə saxlayıb. Qeyd edək ki, Qaynarinfo.az-ın baş redaktoru Zahir Əzəmət (Rəhimov) 45 saylı Abşeron Seçki Dairə Komissiyası (DSK) namizədliyini qeydə almaqdan imtina etdiyi üçün Mərkəzi Seçki Komissiyasına şikayət edib. Dairə Seçki Komissiyası əmlak bilgilərində uyğunsuzluğu səbəb göstərərək Zahir Əzəmətin namizədliyini qeydə almaqdan imtina edib.
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə