“Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin yeni baş nazir postuna Mixail Mişustini təklif edib. O, buna qədər Rusiya Federasiyasının Vergi Xidməti rəisi vəzifəsini icra edib”. SİA xəbər verir ki, bu barədə Ermənistanın "armenianreport" portalı Rusiyanın ınfoteka24.ru saytına istinadən xəbər verir.
Lakin maraqlı məqamlardan biri də budur ki, ermənilər bu dəfə də öz köhnə xislətlərindən əl çəkməyərək, Mişustini erməniləşdirməyə cəhd göstəriblər. Belə ki, həmin informasiyadan sonra belə bir iddia irəli sürülüb ki, Mixail Mişustinin soy-kökü ermənidir: “Mixail Mişustini Ermənistanla sıx bağlar bağlayır və mümkündür ki, bu heç də təsadüfi deyil. Məsələ ondadır ki, Rusiyanın gələcək mümkün baş naziri ana xətti ilə ermənidir”.
“Mişustin ötən ilin yayında İrəvanda keçirilmiş Ümumdünya informasiya texnologiyaları - WIST-2019 konqresində iştirak edib. Səfəri çərçivəsində məşhur “Ayb” məktəbini də ziyarət edib”, yazılan informasiyada o da bildirilir ki, onun yaxın dostlarından biri “Beynəlxalq kompüter klubu”nun təsisçisi Levon Amdilyandır və o, təhsilindən sonra orada işləyib: “İxtisasına görə o sistem texnikaları üzrə mühəndisdir və mümkündür ki, məmur biliklərində peşəkarlığı və Ermənistanla əlaqələri iki ölkə arasında informasiya texnologiyaları sahəsindəki əməkdaşlığını inkişaf etdirəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB