Azərbaycanlı tenor ermənini sopranonu səhnədən qovdurdu OLAY

Azərbaycanlı tenor ermənini sopranonu səhnədən qovdurdu OLAY

Yusif Eyvazov Ruzan Mantaşyanla çıxış etmək istəmədiyini bildirib və tələb irəli sürüb

Ermənilər bu dəfə beynəlxalq səviyyədə çətin duruma düşüblər. Belə ki, gələn ay baş tutacaq Drezden opera balında rüsvay olan ermənilər baş erən bir hadisədən sonra ciddi təlaş keçirib, narahat olmağa başlayıblar. Buna səbəb isə, azərbaycanlı opera müğənnisinin erməni müəğnni ilə eyni səhnədə çıxış etmək imtinasıdır.

“Müğənnilər nəinki Avropanın, eləcə də digər ölkələrin siyasət, artist və biznes-elitasının toplaşdığı məşhur Drezden opera balının açılışında iştirak etməli idilər. Nəticədə erməni müğənnidən opera balı tərk etmək xahiş olunub”. SİA xəbər verir ki, bu barədə Sputnik-Armeniya saytı dünyaca məşhur opera müğənnisi Anna Netrebkonun azərbaycanlı əri Yusif Eyvazovun erməni sopranosu Ruzan Mantaşyanla eyni səhnədə çıxış etməkdən imtinası ilə bağlı olayı ictimailəşdirərkən yazıb.Erməni saytı informasiyanı Forumopera.com saytından götürüb.

Byüri: “Tenor qalib gəldi və sopranodan getməyi xahiş etdilər”

“İnandırıcı görünməsə də, bu faktdır! Eyvazov siyasi səbəblərə görə, Ruzan Mataşyanla eyni səhnəni bölüşməyi rədd edib”, deyə olayı Forumopera saytında yazan Loran Byüri qeyd edib.

“Artistlər fevralın 7-də Drezden opera balı çərçivəsində bir yerə çıxış etməli idilər. Lakin nə baş verdi, nəticədə iki müğənnidən hansından xahiş olunub?”, deyə Byüri sual edib: “Tenor qalib gəldi və sopranodan getməyi xahiş etdilər”.

Məhz bundan sonra ermənilər dərhal həmin hadisəni şişirdərək, azərbaycanlı oprea tenoruna qarşı kampaniyaya başlayıblar, onun tələbini siyasiləşdirməyə cəhdlər göstəriblər. Halbuki, Yusif Eyvazov xalqına və millətinə qarşı işğalçılıq mövqeyi sərgiləyən bir ölkənin müğənnisi ilə eyni səhnəni haqlı olaraq bölüşmək istəmədiyini bildirib və haqlı olduğunu sübuta yetirib.

Nəticədə hay-küy salan daha bir erməni müəğnnisi Asmik Papyan özünün feysbuk səhifəsində yazıb: “Haraya qədər yuvarlanmışıq. Mən dəfələrlə həmin səhnədə çıxış etmişəm, heç vaxt bənzər halın şahidi olmamışam”.

Hətta Papyan insidentlə bağlı şikayət edəcəyini də bildirib.

Ermənistanın işğalçılıq siyasəti onları beynəlxalq miqyaslı tədbirlərdə xar edir!

Görünən isə budur ki, ermənilər tanınmış azərbaycanlı opera tenor müəğnnisi Yusif Eyvazovun beynəlxalq müstəvidəki bu addımından təlaş keçirməyə başlayıblar və onun Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində təcavüzkar ölkələrinin işğalçılıq siyasətlərinin mədəniyyətə də zərbə vurması faktlarını, habelə işğal edilmiş ərazilərimizdə tarixi-mədəni abidələrimizin dağıdılması, məhv edilməsi faktlarının növbəti dəfə də ortaya çıxacağından ehtiyat ediblər. Ona görə də bu cür harayçılıq salıb, həqiqətləri gizlətməyə cəhdlər göstərirlər.

Qeyd edək ki, Drezden opera balı ilk dəfə 1925-ci ildə baş tutub və İkinci dünya müharibəsi başlanana - 1939-cu ilə qədər səkkiz dəfə keçirilib. 2006-cı ildə isə bal Drezdenin əsasının qoyulmasının 800-cü ildönümündə yenidən bərpa olunub və hazırkı vaxta qədər hər ilk keçirilir. Böyük qış mərasiminin iştirakçıları sakson paytaxtının10 minlərlə sakinləri və qonaqları olur.

Rövşən RƏSULOV


Bütün xəbərlər Facebook səhifəmizdə