Sergey Markov: “Daha fəal mövqeyi olan insanların seçiləcəyinə ümid edirəm”

Beynəlxalq müşahidəçilərdən ibarət missiyanın tərkibində Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəm. SİA-nın secki-2020.az saytına istinadən verdiyi məlumata görə, bunu açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib.

O bildirib ki, təmsil olunduğu “Vədəndaş dialoqu” missiyası dünyanın müxtəlif ölkələrində keçirilən seçkilərdə müşahidəçi qismində iştirak edir. Bu missiyanın tərkibində Almaniya, Fransa, İtaliya, Avstriya, Polşa kimi ölkələrin nümayəndələri də təmsil olunur.

Eyni zamanda, rusiyalı müşahidəçilərdən ibarət nümayəndə heyətinin də Azərbaycana səfərinin nəzərdə tutulduğunu qeyd edən S.Markov deyib: “Bu nümayəndə heyəti Dövlət Dumasının deputatları, Federasiya Şurasının, İctimai palatanın üzvləri və nüfuzlu ekspertlərdən ibarətdir. Azərbaycan parlamentinin tərkibində ciddi dəyişikliyin olacağına, daha fəal mövqeyi olan insanların seçiləcəyinə inanıram. Ümid edirəm ki, birlikdə işlədiyimiz, o cümlədən AŞPA-dakı dostlarımızı yeni çağırış məclisdə görə biləcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...