Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu və İraq Baş naziri Adil Abdülmehdi İraqın paytaxtı Bağdadda hökumət sarayında bir araya gəlib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bölgədəki artan gərginliyin azaldılmasına yönəlmiş intensiv diplomatik təşəbbüslər çərçivəsində Bağdada səfər edən Çavuşoğlu Baş nazir Abdulmehdi tərəfindən qəbul edilib. Abdülmehdi-Çavuşoğlu görüşünə Türkiyə və İraqdan nümayəndə heyəti də qatılıb.
Çavuşoğlu səfəri ilə bağlı “tvitterdə” “Qardaş İraqla münasibətlərimizi və regional məsələləri müzakirə etmək üçün Bağdaddayıq” mesajı ilə paylaşım edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB