Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Londonda təşkil edilən NATO zirvəsindən sonra açıqlama verib. SİA-nın verdiyi xəbərə görə, nazir YPG barədə ölkəsinin mövqeyini bir daha açıqlayıb.
Bildirib ki, YPG PKK-nın Suriya qoludur və PKK-dan heç bir fərqi yoxdur: "Bundan hər hansı bir şəkildə imtina etməyimiz və ya təxirə salmağımız əsla mümkün deyil. YPG terrorçudur, bunu bütün dünya belə də biləcəkdir".
Nazir bu məsələnin qeyri-rəsmi görüşlərdə bütün millətlər tərəfindən qəbul edildiyini xatırladaraq: "Normal zəkaya sahib olan bir insan əlimizdəki məlumatları, sənədləri, fotoşəkilləri görəndə, o hesabatları oxuyanda YPG-nin PKK-nın bir qolu olduğunu, uydurma bir qərargah olaraq bilinən Kandildən əmr aldığını, fəaliyyət göstərdiyini görür, başa düşür. Ancaq siyasi səbəblər, bəzi hüquq və mənfəətləri qorumaq üçün bütün bunların ifadə edilməsindən çəkinirlər", - deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB