Avropa Parlamenti Vladimir Putinin Avropa İttifaqı ölkələrinə səfərlərinə qadağa qoya bilər
Bu gün Avropa Parlamenti "Rusiyada qanunun aliliyi" barədə qanun qəbul edə bilər. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin deputatı Kristina Oyuland mətbuata verdiyi müsahibəsində bildirib.
Deputat qeyd edib ki, həmçinin rusiyalı məmurlarının Avropa İttifaqı ölkələrinə səfərlərini məhdudlaşdıran "qara siyahı" da hazırlana bilər. Əldə olunmuş məlumata görə, siyahıya Rusiyanın baş naziri Vladimir Putin başçılıq edir.
"Biz cənab Putinə və onun Kremldəki dostlarına ismarıc göndəririk. Və bu xəbərdarlıqla bildirmək istəyirik ki, biz ciddiyik. Biz Rusiyanı tərəfdaş ölkə olaraq görmək istədiyimiz kimi, demokratiya sahəsində də bizimlə yanaşı durmasını istəyirik. Demokratiyanı hər addımda boğan Rusiya ilə bizim əməkdaşlığımız ola bilməz. Mən istərdim ki, Rusiya ilə Avropa İttifaqı demokratik dəyərlərə sadiq tərəfdaşlar kimi bir-birinin əlini sıxsınlar, güc tətbiq etməklə ümumi standartları və dəyərləri inkar edənlərlə bizim birliyimiz mümkün deyil", - deyə açıqlamasında K.Oyuland bildirib.
Xatırladaq ki, gələn həftə V.Putinin Avropa Komissiyasının rəhbərliyi ilə Brüsseldə görüşü nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB