Ermənistanın hakim partiyası ATƏT-in Minsk qrupunun qiymətləndirmə hesabatına münasibət bildirib

Ermənistanın hakim partiyası ATƏT-in Minsk qrupunun qiymətləndirmə hesabatına münasibət bildirib

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanın yeddi işğal olunmuş ərazisində və Dağlıq Qarabağ da ümumi vəziyyətin qiymətləndirilməsi məqsədilə sahə qiymətləndirmə missiyası ilə bağlı hesabatı dolğun olmasa da bəzi müsbət çalarlarına görə qənaətbəxş hesab etmək olar. SİA-nın xəbərinə görə, bunu Ermənistanın hakim partiyasında fraksiya rəhbəri olan Qalust Saakyan keçirdiyi mətbuat konfransında deyib.

Qalust Saakyan sərsəm bəyanatından da geri qalmayıb. O, qeyd edib ki, guya hesabatda Xankəndinin danışıqlara qatılması və tərəf kimi çıxış etməsi barəsində ifadələr mətnaltı mənada yer alıb: "İkinci müsbət cəhət isə ATƏT-in həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə tərəfdardılar və öz mövqelərindən geri çəkilmirlər. Üçüncüsü isə rəsmi Bakının Qarabağda qanunsuz narkotik alveri ilə bağlı bəyanatları düzgün çıxmadı. Gördüyünüz kimi orada dinc əhali yaşayır".

O, həmçinin rəsmi İrəvanın bu sənəddən tam razı qlamadığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə