ABŞ İran XİN rəhbəri Cavad Zərifə viza vermədi

ABŞ İran XİN rəhbəri Cavad Zərifə viza vermədi

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai, Oman xarici işlər naziri Yusuf bin Alevi və bəzi xarici ölkələrin nümayəndələri paytaxt Tehranda təşkil olunmuş "Tehran Dialoqu: 23-cü Beynəlxalq Körfəz Konfransı"ndan sonra jurnalistlərə açıqlamalar verib. SİA-nın verdiyi məlumata görə, İran hərbi komandiri Qasim Süleymaninin ABŞ tərəfindən İraqda öldürülməsindən sonra Zərif Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında çıxış etmək üçün ABŞ-a viza üçün müraciət etdiyini, lakin müraciətinin qəbul edilmədiyini bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə