Bələdiyyə seçkilərinin yekunu haqqında DSK-ların məlumatları dərc edilir
2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin yekunu haqqında dairə seçki komissiyalarının (DSK) protokolundakı məlumatlar sabahadək rəsmi dərc ediləcək. SİA-nın verdiyi məlumata görə, "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı"na əsasən, səsvermə günündən sonra 10 gün müddətində, yəni 2020-ci il yanvarın 3-dək seçkilərin yekunu haqqında dairə seçki komissiyalarının protokolundakı məlumatlar rəsmi dərc edilməlidir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB