"MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən görüşündə Prezident İlham Əliyev mühüm əhəmiyyətə malik çıxış etməsi həddindən artıq vacib idi". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, çünki MDB-nin prinsiplərinə görə, bu birliyə daxil olan ölkələr arasında xoş münasibətlər, iqtisadi əməkdaşlıq və bir-birlərinin daxili işlərinə qarışmamaq kimi məsələlər öz əksini tapıb: "Əgər bu birliyə daxil olan ölkələrdən biri digərinə qarşı təcavüz edirsə və ərazisinin 20 faizini işğal edirsə bu həddindən artıq dözülməz bir haldır. Prezident İlham Əliyev artıq neçənci dəfədir ki, MDB-nin müxtəlif yığıncaqlarında bu məsələni qaldırır. Amma bu dəfə xüsusi kəskinliklə həmin məsələnin qaldırılması Ermənistanın bu qurum daxilindəki mövcudluğunu bir sıra dövlətlər üçün dözülməz edir. Bir sıra dövlətlər Ermənistanın Azərbaycana qarşı təcavüzündən təngə gəliblər və münaqişənin tezliklə həll olunmasını istəyirlər. Prezident İlham Əliyevin konkret faktlarla, əsaslandırılmış bir formada, yüksək məntiqlə bu təcavüz olaylarının yaratdığı ağır nəticələri, insanlara gətirdiyi bədbəxtlikləri qeyd etməsi həyasız erməniləri çox pis vəziyyətdə qoyub. Ermənistana qəyyumluq edən dövlətlər də başa düşməlidilər ki, Azərbaycan heç kəsin torpağına göz tikməyib və öz torpaqlarının işğalı ilə heç zaman barışmayacaq. Azərbaycan haqlı olaraq yalnız öz ərazi bütövlüyünü təmin etmək uğurunda mübarizə aparır və buna da nail olacağı şübhəsizdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB