Polşa xarici işlər nazirinin müavini Henrik Litvin Bakıda səfərdə olub. SİA-nın xəbərinə görə, nümayəndə heyətinin tərkibində XİN Diplomatik Protokol Departamentinin direktoru, Polşanın Azərbaycandakı keçmiş səfiri Kşıştof Krayevski və Şərq Departamentinin rəisi Tomaş Orlovski olublar.
Səfər zamanı Henrik Litvin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, nazir müavinləri Xələf Xələfov və Mahmud Məmmədquliyev və Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla görüşlər keçirilib.
Eyni zamanda Polşa Milli Müdafiə Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdə olub. Səfər çərçivəsində Polşa və Azərbaycan Müdafiə nazirlikləri arasında 2011-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB