“AXCP seçkidə iştirak etməyib, aksiya keçirəcəyini bəyan etməsi adama gülməli gəlir” RƏY-ÖZƏL
"“Milli Şura” və AXCP parlament seçkilərində iştirak etməyəcəklərini bəyan etmələri və ardınca kütləvi aksiyalar keçirəcəklərini bildirmələri uğursuz cəhddən başqa bir şey deyil". Bunu SİA-ya açıqlamasında “Olayla” qəzetinin baş redaktoru Yunus Oğuz deyib.
Onun sözlərinə görə, istəsələr belə aksiya keçirə bilməyəcəklər: "Çünki onların xalq tərəfindən dəstəyi yoxdur. Ümumiyyətlə, seçkiöncəsi adları çəkilən qüvvələrin aksiyalar keçirmələrinə dövlət icazə verməyəcəkdir. Çünki seçkilərlə bağlı qeydiyyatdan keçən partiyalar öz tədbirlərini keçirəcəklər. Yəni seçkidə iştirak etməyib, kütləvi aksiyalarda iştirak etmələri adama gülməli gəlir. Bir sözlə, sözügedən qüvvələr özlərini reklam etmək üçün və “bizdə varıq” demək üçün anormal üsullardan istifadə edirlər. Amma onların bu cür hərəkətləri xalq tərəfindən rəd edilir. Yaxşı olardı ki, onlar belə hərəkətlərindən əl çəksinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB