Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın əmlakı müsadirə edilib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Qurumun mətbuat xidmətinin məlumatına görə, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın əmlakının müsadirə olunub.
Ermənistan KİV-lərində göstərildiyi kimi, dövlət vəsaiti mənimsəmə hadisəsində iştirak edən şəxslərin əmlakına vurulan ziyan miqdarında xüsusilə külli miqdarda mənimsəmə qərarı verilib.
Serj Sarkisyan Ermənistan Cinayət Məcəlləsinin 38-179-cu maddəsinin 3-cü bəndinin 1-ci bəndinə əsasən (mənimsəmə və ya israfetmə) 2013-cü il yanvarın 25-dən 7-dək 489 milyon dram (1 milyon dollardan çox) mənimsəmə, israf və oğurlamaqda ittiham olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB