Köçəryanı dəstəkləmək üçün bəyanata 60 minə yaxın insan imza atıb

Köçəryanı dəstəkləmək üçün bəyanata 60 minə yaxın insan imza atıb

Ermənistanda Robert Koçaryanın sərbəst buraxılması ilə bağlı komitə yaradılıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, keçmiş erməni millət vəkili və Daşnaksutyun partiyasının keçmiş üzvü Aqvan Vardanyan İrəvanda keçirdiyi mətbuat konfransında həbs edilmiş Ermənistanın sabiq prezidenti Robert Köçəryanın azadlığa buraxılması üçün komitə yaradıldığını elan edib.
O qeyd edib ki, bir müddət əvvəl yüzə yaxın ictimai, siyasi, mədəni və idman dairələrinin nümayəndələri Köçəryanı dəstəkləmək üçün bəyanat vermişdilər. Vardanyanın sözlərinə görə, artıq 60 minə yaxın insan bu bəyanata imza atsa da, hakimiyyətin mövqeyi dəyişməyib.

“Köçəryanın həbsi nə dövlətə, nə də vətəndaşlara heç bir şey vermir. Köçəryana qarşı qabaqlayıcı tədbiri dəyişdirmək lazımdır. Bu məsələ ictimai tələbə çevrilməlidir", deyə Aqvan Vardanyan bildirib.

Onun fikrincə, Köçəryanın həbsi qanunsuzdur və eks-prezidentə qarşı irəli sürülən ittihamın on nəfərin ölümünün səbəblərini açıqlamaqla heç bir əlaqəsi yoxdur. Köçəryan özü də ittihamların uydurma siyasi təqib olduğunu düşünür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə