“Daily Ittehad” qəzeti azərbaycanlı uşağın erməni snayperi tərəfindən öldürülməsini pisləyib
Pakistanın nüfuzlu ingilis və urdu dilli "Daily Ittehad" qəzetinin 16 mart tarixli nömrəsində martın 8-də doqquz yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən öldürülməsi ilə bağlı məqalə dərc olunub.
SİA-nın xəbərinə görə, məqalədə Ermənistan silahlı qüvvələrinin günahsız uşağı qətlə yetirərək, sülh danışıqlarına zərbə vurduğu və təxribat əməllərini hələ də davam etdirdiyi bildirilir. Ermənilərin uşağa belə rəhm etmədiyini yazan müəllif Ermənistanın işğalçı qüvvələrinin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını vurğulayıb.
Yazıda vurğulanır ki, vaxtilə Xocalı soyqırımının həyata keçirilməsinə göstəriş verənlərin indiyədək bu əməllərindən əl çəkməmələri Ermənistanın daha təhlükəli addımlar ata biləcəyini, dinc əhaliyə qarşı bundan sonra da silah yönəldəcəyini göstərir.
Sonda müəllif qeyd edir ki, Ermənistan silahlı qüvvələri atəşkəsi mütəmadi şəkildə pozaraq, Azərbaycanın yaşayış məntəqələrində dinc sakinlərə qarşı müxtəlif silahlardan istifadə etməkdən çəkinmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB