Həştərxandakı parklardan birinə Heydər Əliyevin adı verilib

Həştərxandakı parklardan birinə Heydər Əliyevin adı verilib

Həştərxandakı parklardan biri bundan sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyacaqdır.

SİA-nın xəbərinə görə, Həştərxan meriyasının qərarına əsasən Volqa körfəzi yaxınlığındakı Sahil küçəsində yerləşən parka ulu öndərin adı verilib.

Xatırladaq ki, keçən il həmin parkda Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevə abidə ucaldılıb. 2010-cu il oktyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev həmin abidənin açılışında iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə