Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Ukraynanın müdafiə naziri Mixail Yejelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SİA-nın xəbərinə görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi vurğulandı. Ukraynanın müdafiə naziri Mixail Yejelin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan ilə Ukraynanın müvafiq qurumları arasında əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB